Azərbaycan millisinin üzvü Malayziya klubuna keçdi

17:32 - 10 Avqust 2024

Azərbaycan millisinin üzvü Malayziya klubuna keçdi

Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun yeni klubu məlum olub.

 

Manset.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin “Yohor Darul Tazim” komandasına keçib.

Futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Eddi İsrafilov 2022-ci ildən “Neftçi”də çıxış edirdi.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin