Biləsuvarda həkim xəstəni yumruqladı, 5 yaşlı uşağa TƏPİK ATDI – ANBAAN VİDEO

15:38 - 10 Avqust 2024

Biləsuvarda həkim xəstəni yumruqladı, 5 yaşlı uşağa TƏPİK ATDI – ANBAAN VİDEO

Sosial şəbəkərlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında insident baş verməsi ilə bağlı görüntülər paylaşılıb.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, insident Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasovla, xəstəxanaya pasiyent kimi gələn Əlicavad Gənciyev arasında baş verib. 

Görüntülərdə şöbə müdiri Ülvi Abbasovun pasiyentə hücum edərək yumruq atması əks olunub. İddia edilir ki, ixtisasca nevroloq həkimin atdığı yumruq pasiyentə, vurduğu təpik isə yanında olan 5 yaşlı azyaşlıya dəyib. 

Məsələ ilə bağlı, DİN -in Mətbuat xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,Vətəndaş Əlicavad Gənciyev avqustun 8-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Ülvi Abbasov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Hazırda həmin müraciət əsasında təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin