Paşinyan COP29-la bağlı tezliklə qərar verəcək

14:01 - 10 Avqust 2024

Paşinyan COP29-la bağlı tezliklə qərar verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr dəyişikliyi edəcək.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, avqustun 12-si baş nazirin məzuniyyəti başa çatır. Paşinyan qayıtdıqda Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, Paşinyan mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanması, Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı konkret mesajlarla çıxış edəcək.

Bundan başqa, hökumət dairələri təsdiq ediblər ki, Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar tezliklə veriləcək.

Xatırladaq ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin