İlham Əliyevdən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı PAYLAŞIM
30 Dekabr 2024
08:30 - 10 Avqust 2024
Uşaqlar ailənin güzgüsüdür ifadəsi əbəs yerə işlədilməyib. Uşaqların tərbiyə edilməsində və gələcəkdə sağlam bir fərd kimi yetişməsində valideynlərin rolu böyükdür.
Bəs valideynlər övladlarını tərbiyə edən zaman hansı nüanslara diqqət göstərməlidir?
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, uşaqlar danışıqdan daha çox davranışlardan öyrənirlər:
"Valideynlərin dostları ilə münasibətləri, geyim və danışıq tərzi, xoşbəxtliyini və kədərini göstərmə üslubu uşaqların tərbiyəsində mühüm rol oynayır. Uşağımızı yaxşı tanımalı və fərqli təcrübələr yaşaması üçün ona azadlıq verməliyik. Ona yaxşını və pisi ayırd etməsi üçün kömək etməliyik. Valideyn olaraq övladımıza etdiyimiz kömək məcburi, darıxdırıcı və ya bezdirici olmamalıdır. Uşaqlara problemlərini özlərinin həll etməsi üçün imkan yaradılmalıdır, lakin onlar hər zaman valideynlərinin dəstəyini hiss etməlidirlər".
Psixoloq qeyd etdi ki, uşaqlar əldə etdikləri nəticələrə görə, heç vaxt mükafatlandırılmamalı və cəzalandırılmamalıdır:
"Sadəcə onun problemləri həll etməsi üçün doğru yolu tapmasına kömək etmək lazımdır. Tərif deyərkən də xüsusilə diqqətli olmalıyıq, çünki bir uşağı çox tərifləmək onda arxayınlıq yaradacaq. Bu da onun daima özündən əmin olmasına və tənbəlləşməsinə səbəb olacaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin