Ərdoğan Makronla söhbətlərindən danışdı: "Ona dedim ki, səni aldadırlar"

18:13 - 1 Noyabr 2021

Ərdoğan Makronla söhbətlərindən danışdı:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla G20 zirvəsində aralarında nə danışdıqlarından bəhs edib.

Manşet.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Ərdoğan Yunanıstanın Rafale təyyarə alması ilə bağlı Makrona xəbərdarlıq etdiyini deyib.

"Razılaşmaya əsasən, Yunanıstan Fransadan "Rafale" tipli təyyarələr və freqatlar alır. Digər tərəfdən, mümkün münaqişə vəziyyətində Yunanıstanla müəyyən aspektlərdə əməkdaşlıq etmək barədə razılıq əldə ediblər. Bu mənzərə Şərqi Aralıqda və Egeydə geostrateji tarazlığa necə təsir edə bilər” sualına Ərdoğan belə cavab verib:

“Həm cənab Baydenə, həm də Makrona bu məsələni dedik. Dedik ki, bu "Dedeağaç" hadisəsi nədir? Burada belə bazanın yaradılması bizi, xalqımızı ciddi şəkildə narahat edir. Makron isə Rafale haqqında "pulları var". dedi.

 

Dedim ki, bax, səni aldadırlar. Bunların pulu filan yoxdur. Mən yalnız onu bilirəm ki, onun Qərbə 400 milyard avro borcu var. "Onların pulu var" dedi. Hər şey puldur! Təbii ki, burada baza məsələsi də var. Amma bu inkişaflarla bağlı yeganə narahatçılığımız Türkiyə olaraq güclü olmağımızdır”.

Ölkə.az


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin