Qaynı Cəmiləni palatada boynundan bıçaqlayıbmış - YENİLƏNİB

16:30 - 9 Avqust 2024

Qaynı Cəmiləni palatada boynundan bıçaqlayıbmış  - YENİLƏNİB

Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın qətlinin təfərrüatı məlum olub. 


Sumqayıt Tibb Mərkəzindən Manset.az-a bildirilib ki, şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (C. Rəsulova) avqustun 7-si saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib. Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.

Bu gün saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.  

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.

Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

***

14:20

Sumqayıtda qətl törədilib.

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 12:30 radələrində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırmalar aparılır.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin