"Hansısa namizədin təşviqat başlamazdan əvvəl təbliğat aparması sübut edilməlidir" - MSK sədri

10:45 - 9 Avqust 2024

Təşviqat kampaniyası başlamazdan öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamasından danışıb: "Göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək, qanun pozuntusu var, yoxsa yox”.

O, bununla bağlı sübutları özündə ehtiva edən rəsmi sənədlə müraciət ünvanlanmasının zəruri olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin avqustun 9-dan təşviqat mərhələsi başlayıb. Artıq təşviqat üçün hər dairə üzrə 16 qapalı, 27-ə yaxın açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin