Bu ölkə beynəlxalq yardım çağırışı etdi

19:26 - 8 Avqust 2024

Bu ölkə beynəlxalq yardım çağırışı etdi

Yəmən hökuməti ölkədə daşqınların vurduğu zərərin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətə “təcili yardım çağırışı” göndərib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yəmənin Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən "Təcili Təhlükə Çağırışı" başlığı ilə açıqlama verilib.

Bütün beynəlxalq və regional təşkilatlar, o cümlədən ölkələr, maliyyə qurumları, beynəlxalq və humanitar təşkilatlar daşqınların vurduğu ziyanla mübarizədə Yəmən hökumətinə dəstək verməyə çağırılıb.

Açıqlamada güclü yağışın yaratdığı fəlakətdə infrastruktura, ictimai mallara və şəxsi mülkiyyətə ciddi ziyan dəydiyi qeyd edilib.

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin