SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
12:21 - 8 Avqust 2024
Fransalı idmançı Alis Fino Paris Olimpiadasında 3000 metr məsafəyə maneəli qaçış yarışını başa vurduqdan sonra sevgilisinə evlənmək təklifi edib.
Manset.az xarici mediaya istinadla bildirir ki, 33 yaşlı Fino final yarışında 8,58,67 saniyə nəticə ilə dördüncü yeri tutaraq, Avropa rekordunu yeniləyib. Finiş başa çatdıqdan sonra o, sevgilisinin dayandığı tribunaya qaçaraq diz çöküb.
“Mən hamı kimi bir şey etməyi sevmirəm. Hələ mənə evlilik təklifi etməmişdi və fikirləşdim ki, bəlkə bu addım məndən asılıdı. Doqquz dəqiqədən az qaçsam, bunu edəcəm dedim. Bu mənim xoşbəxt nömrəmdir, çünki biz doqquz ildir birlikdəyik... Ona üzərində “Parisdə sevgi” yazılmış sancağı uzatdım”, deyə idmançı bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin