Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanıldı

11:20 - 1 Noyabr 2021

Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanıldı

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - V.Abıyev, A.Muradov və A.Həsənli sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Keçirilən baxış zamanı onların olduğu avtomobildən 4 kiloqram 260 qram narkotik vasitə heroin, 3 kiloqram 160 qram psixotrop maddə metamfetamin, 240 qram narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin