Tarlada tapdığı meteoritdən həyat yoldaşına üzük hazırlatdı

17:05 - 7 Avqust 2024

Tarlada tapdığı meteoritdən həyat yoldaşına üzük hazırlatdı

Antalyada yaşayan Aycan Çağdaş Şikar boş sahədə tapdığı meteoritdən 20 illik həyat yoldaşına evlilik ildönümü üçün xüsusi üzük düzəldib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Kayseridə boş bir ərazidə tapdığı daşın xüsusi olduğunu düşünüb və analiz üçün Orta Doğu Texniki Universitetinin (ODTÜ) Mühəndislik Fakültəsinin Geologiya Mühəndisliyi Bölümünə göndərib. Burada aparılan analizdə daşın meteorit olduğu müəyyən edilib.

Daha sonra Çağdaş Şikar öz zərgər dostundan həmin daşla həyat yoladaşı üçün üzük düzəltməsini xahiş edib. İllərdir brilyantlarla işlədiyini açıqlayan dizayner ilk dəfə meteor daşları ilə işlədiyini bildirib.

"Kəsmək olduqca çətin idi, çətinlik çəkdiyimiz yerlər oldu, amma zəhmətimizə dəyərdi. Unikal üzük hazırladıq", - deyə zərgər açıqlamasında qeyd edib. 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin