Ermənilərdən Şövkət Ələkbərovanın mahnısı ilə bağlı təxribat
27 Noyabr 2024
16:56 - 7 Avqust 2024
Super Liqada aşağı liqaya düşən, 1-ci liqada mübarizə aparan "İstanbulspor"un futbolçusu Baran Alp Vardarın xərçəng xəstəliyinə tutulduğu açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "İstanbulspor"un rəsmi sosial media hesablarında məlumat verilib.
Komanda yoldaşları "Hər zaman səninlə olacağıq, əziz Baran Alp Vardarımız. Komandamızda çıxış edən sevgili Baran Alp Vardarımıza xəstəlik diaqnozu qoyuldu. Müalicə prosesinə hər zaman yanında olacağıq", - deyə gənc futbolçuya dəstək olublar.
Qeyd edək ki, ötən mövsümün son dövrlərində A komandasına yüksələn Baran Alp Super Liqada 3 matçda meydana çıxıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin