Bu ölkə Ukrayna ilə diplomatik əlaqələrinə son verdi

15:51 - 7 Avqust 2024

Bu ölkə Ukrayna ilə diplomatik əlaqələrinə son verdi

Niger hakimiyyəti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunan məlumatlara görə, bu qərar Kiyevin respublikada silahlı terrorçuların hərəkətlərinə dəstək verməsi məlumatı ilə bağlıdır. Onlar Kiyevi “terrorçu qrupları dəstəkləməkdə” ittiham ediblər.

Malinin Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarı “tələsik və dardüşüncəlidir”, - bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Sənəddə qeyd olunur ki, Kiyev qeyd-şərtsiz beynəlxalq hüquqa, eləcə də digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əməl edir.

“Biz Mali keçid hökumətinin “Ukraynanın beynəlxalq terrorizmə dəstəyi” ilə bağlı ittihamlarını qətiyyətlə rədd edirik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyi yekunlaşdırıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin