DİN-dən vatsapda yayılanlarla bağlı AÇIQLAMA
15 Yanvar 2025
13:30 - 7 Avqust 2024
Bolqarıstanın sərhəd qapısında aparılan yoxlama zamanı avtobusdan bəyan edilməmiş 939 min 800 dollar, təxminən 1 milyon 600 manat ələ keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynadan Bolqarıstan vasitəsilə Türkiyəyə gələn və türk vətəndaşının idarə etdiyi avtobusda "risk təhlili” üsuluna əsasən, qeyri-adi oturacaq sıxlığı aşkar edilib. Avtobus rentgen aparatı da daxil olmaqla ətraflı gömrük yoxlamasına göndərilib. Sonrakı fiziki yoxlama zamanı müəyyən edilib ki, oturacaqlardan dördü söküldükdən sonra oturacaqların penoplastı ilə taxta altlığı arasında külli miqdarda əskinasların (ABŞ dolları) gizlədildiyi metal qutu yerləşdirilib. Müəyyən edilmiş valyutanın ümumi məbləğinin 939 min 800 ABŞ dollarının olduğu müəyyən edilib.
Qeyd edək ki, həmin avtobusda 28 sərnişin olub, lakin onların heç birinin üzərində nağd pul olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin