Tehranda bütün dövlət müəssisələri bağlandı - SƏBƏB

11:59 - 7 Avqust 2024

Tehranda bütün dövlət müəssisələri bağlandı - SƏBƏB

İranın paytaxtı Tehranda və Əlburz əyalətlərində həddindən artıq istilər səbəbindən bütün dövlət qurumları 1 gün müddətinə bağlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Hökuməti İnformasiya Şurasının yazılı açıqlamasında, qərarın ölkə daxilində davam edən həddindən artıq istilər səbəbilə əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün alındığı bildirilib.

Həmçinin ölkənin 13 əyalətində bütün dövlət qurumları və banklar saat 06.00-10.00 arasında xidmət göstərəcək.

Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə yaxınlaşdığı halda, meteoroloji proqnozlara görə, Tehranda havanın temperaturu 41 dərəcəyə çatacaq.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin