90+1 dəqiqədə "Lill" "Fənərbaxça"nı məğlub etdi - VİDEO

11:17 - 7 Avqust 2024

90+1 dəqiqədə

Avqustun 6-da Fransanın Valenciennes şəhərində keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında "Lill" "Fənərbaxça"nı 2:1 hesabı ilə məğlub edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  matçda ilk qol 12-ci dəqiqədə vurulub. “Lill”in portuqaliyalı sağ cinah müdafiəçisi Tiaqo Santosun cərimə meydançasının sağ cinahından vurduğu top “Fənərbaxça”nın futbolçusu Jayden Oostervoldeyə dəyərək qapıdan keçib. 

Matçın ilk hissəsi "Lill"in üstünlüyü ilə başa çatıb.

Daha sonra 79-cu dəqiqədə İrfan Can Kahvecinin cərimə zərbəsindən vurduğu qol ilə "Fənərbaxça" bərabərliyi yaxalaya bilmişdi. 

Lakin 90+1 dəqiqədə səhnəyə çıxan "Lill"in futbolçusu Edon Jeqrova komandasını yenidən önə çıxaran qolu vuraraq matçın hesabını müəyyənləşdirib.

Bu hesabla "Lill" gələn həftə Kadıköydə oynanılacaq matç öncəsi üstünlüyü əldə edib. Joze Mourinyonun yetirmələri 2-ci təsnifat mərhələsində Luqanonu mübarizədən kənarlaşdırıblar.

Qeyd edək ki, sarı-göylülər “Lill”ə qalib gəlsələr, pley-off mərhələsinə yüksələcəklər.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin