SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
00:30 - 7 Avqust 2024
Yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Çoxlu qol şansları yarada bildik, amma bunlardan istifadə edə bilmədik. Təssüflər olsun ki, qapımızdan 2 qol buraxdıq.
Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı jurnalistlərə açıqlamasında deyib.
Müdafiəçi rəqib komandanın onları yaxşı təhlil etdiyini bildirib: “Yaxşı analiz olunmuşduq. Lakin biz də öz növbəmizdə əlimizdən gələni etdik. Çalışacağıq ki, səfərdə daha baxımlı oyun göstərək”.
O, hakimlərin idarəçiliyindən narazılığını da gizlətməyib: “Təəssüf ki, bəzi epizodlarda rəqibin lehinə qərarlar verildi. Biz də buna etirazımızı bildirdik. Amma bunların heç biri bəhanə deyil. Bu matçdakı səhvlərimizdən dərs çıxarmalıyıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin