Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
27 Noyabr 2024
15:11 - 6 Avqust 2024
Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk "Yanq Boyz"la hər iki matçda ehtiyat oyunçular skamyasında olmayacaq.
Buna səbəb isə Okan Burukun ötən mövsüm Avropa Liqasında "Sparta Praqa"ya 4:1 hesabı ilə uduzduqları oyunda baş verən insidentlərdən sonra 2 oyunluq cəzalanmasıdır.
Qeyd edək ki, həmin matçda "Qalatasaray"ın futbolçusu Kaan Ayhan da qırmızı vərəqə alıb və o da "Yanq Boyz"la ilk oyunda meydana çıxa bilməyəcək.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin