"Türkiyə "İnstagram"ın fəaliyyətini bərpa etməyə hazırdır, öncə üzr istənilməlidir" - Nazir

15:00 - 6 Avqust 2024

Türkiyə hökuməti “İnstagram”ın fəaliyyətini bərpa etməyə hazırdır.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün “Meta” şirkəti əvvəlcə üzr istəməlidir: “Çünki heç bir xəbərdarlıq edilmədən paylaşımlar silinib”.

Nazir müzakirələrin davam etdiyini və prosesin diqqətlə izlənildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instagram"ın qadağa qoyması göstərilir.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin