Azərbaycanda dini qurumlara bu qədər pul ayrıldı - SƏRƏNCAM
15 Yanvar 2025
12:00 - 6 Avqust 2024
Yaponiya hökuməti vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb.
Manset.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yosimasa Xayasi avqustun 6-da paytaxt Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Məlumata görə, Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb. Bu isə həmin ölkəyə “səyahət etmək məsləhət görülmür” anlamına gəlir.
Bildirilib ki, Yaponiyada səyahətlərlə bağlı dörd səviyyə mövcuddur.
Ötən gün isə Yaponiya hökuməti vətəndaşlarını Livandan çıxmağa çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin