"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz" - MN məlumat yaydı
15 Yanvar 2025
10:38 - 6 Avqust 2024
Xəbər verdiyimiz kimi, avqutsun 5-də Tehranda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə İran prezidenti Məsud Pezeşkian arasında danışıqlar baş tutub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onlar uzunmüddətli əməkdaşlığa və ikitərəfli münasibətlərin həyata keçirilməsinə hazır olduqlarını təsdiqləyib, Yaxın Şərqdəki münaqişələrin həlli və ABŞ-ın üçüncü ölkələrin işlərinə müdaxiləsini müzakirə ediblər.
Danışıqlarda Məsud Pezeşkian İran-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Biz inanırıq ki, bəzi güclərin, o cümlədən ABŞ-ın təcrid dövrü başa çatıb. Çoxqütblü dünyanın təşviqində İran və Rusiya arasında əməkdaşlıq qlobal təhlükəsizliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - deyə prezident qeyd edib.
Sergey Şoyqu öz növbəsində İranı Rusiyanın regionda əsas strateji müttəfiqlərindən biri adlandırıb və Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. “Rusiya İran İslam Respublikası ilə beynəlxalq sahədə, o cümlədən BMT və BRİKS vasitəsilə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz bu əməkdaşlığı genişləndirməyə çalışacağıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Sergey Şoyqu İran prezidenti ilə danışıqlardan əvvəl o, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə görüşüb .
Onlar iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediblər.
Qeyd edək ki, iyulun sonunda Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasını başa çatdırmışlar.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin