Bu gün onlar yarışacaq - Paris-2024

09:40 - 6 Avqust 2024

Bu gün onlar yarışacaq - Paris-2024

Bu gün daha iki güləşçimiz “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

 

Manset.az xəbər verir ki, ölkəmizin ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Almaniya idmançısı Anastasiya Blayvası sınağa çəkəcək.

Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) isə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyanla qarşılaşacaq. Hər iki qarşılaşma 1/8 final mərhələsində baş tutacaq.

Bu gün, həmçinin 130 kiloqramda çıxış edən Sabah Şəriəti bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Azərbaycan atleti Anna Skidan isə çəkicatma üzrə yarışın final mərhələsində mübarizə aparacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin