Etna vulkanına görə uçuşlar təxirə düşdü

07:30 - 6 Avqust 2024

Etna vulkanına görə uçuşlar təxirə düşdü

Etna vulkanının püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuş və enişlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, təbiət hadisəsi səbəbindən aeroportun bir hissəsini bağlanıb. Məhdudiyyətlər çox sayda səyahətçiyə təsir edib.

İtaliyanın hakimiyyət orqanları əhalini və turistləri ölkənin cənubuna və mərkəzinə səyahətə çıxmamağı tövsiyə edib.

“Fontanarossa” aeroportu hazırda tüstünün azaldığını, hava limanında işin normala döndüyünü, gecikmələrin və məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılacağını açıqlayıb.

Xatırladaq ki, Avqustun 4-ü səhər saatlarında vulkanda püskürmə başlayıb. Külək təxminən on kilometr hündürlüyə qalxan külü şərq və cənub-şərq istiqamətində aparıb. Kataniyada qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin