Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17 Noyabr 2024
17:14 - 31 Oktyabr 2021
Böyük Britaniya Əfqanıstana humanitar yardım göstərmək üçün 50 milyon funt sterlinq (69 milyon ABŞ dolları) ayıracaq.
Manşet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun ofisinin yaydığı məlumatda deyilir.
Bu vəsait 2,5 milyon vətəndaşa ərzaq, dərman, sığınacaqların tikintisi üçün materialların tədarükü üçün istifadə olunacaq.
Maliyyələşdirmə sentyabr ayında elan edilən 286 milyon funt sterlinq (390 milyon ABŞ dolları) xilas paketinin bir hissəsi olacaq. O, BMT təşkilatları və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə göndəriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin