"Qalatasaray" məşhur oyunçusunu komandada istəmir

11:08 - 5 Avqust 2024

Türkiyənin məşhur futbol komandasası olan "Qalatasaray"da Vilfrid Zaha böhranı yaşanıb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Superkubok finalında "Beşiktaş"la oynadığı qarşılaşmada 75-ci dəqiqədə, hesab 2-0 olarkən oyuna daxil olan və 5-0 məğlub olan "Qalatasaray" məşhur futbolçusu Vilfrid Zahanı artıq komandada istəmədiyini açıqlayıb.

Okan Buruk "mənim taktikamı oyunçulara səhv izah etdi", - deyə açıqlama verdikdən sonra Zahanın da artıq komandadan getməyi planlaşdırdığı ortaya çıxıb. 

Qeyd edək ki, 2026-cı ilə qədər müqaviləsi olan futbolçu "Qalatasaray"ın heytərində 43 matçda iştirak edib, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Həmçinin o, komandanın ən çox qazanan üzvlərindən biri olaraq aylıq 4 milyon 350min avro, təxminən 205min manat qazanır.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin