Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
11:11 - 5 Avqust 2024
“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
Manset.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley topu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.
O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.
2012/2013-cü illər mövsümündən Premyer Liqada çıxış edən Almeyda ilk qoluna da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin