"Neftçi"nin sabiq prezidenti Çempionlar Liqası oyununa təyinat aldı

10:00 - 5 Avqust 2024

UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

 

Manset.az xəbər verir ki, o, Çexiyada yerli "Slaviya" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.

Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin