Ermənistanın dövlət borcu şok edici həddə çatdı

09:18 - 4 Avqust 2024

Ermənistanın dövlət borcu şok edici həddə çatdı

12 milyard dollar məbləğində olan dövlət borcu Ermənistan üçün son dərəcə təhlükəlidir.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Audit Palatasının sədri Nairi Sarkisyan bildirib.

Onun sözlərinə görə, əhalisinin yarıdan çoxu yoxsulluq içində yaşayan Ermənistanda dövlət xərclərinin 13%-i borcların xidmətinə yönəldilir.

O, bu böyük məbləğin iqtisadi və sosial problemlərin həllinə yönəldilə biləcəyini vurğulayıb.

Sarkisyan qeyd edib ki, əsas problem borc hesabına cəlb edilən vəsaitlərin yalnız borcu ödəyəcək və əlavə gəlir yaradacaq sahələrə yatırılmamasıdır. "Bu templə davam etsə, Ermənistan borcu dövlət əmlakını təhvil verməklə ödəməyə məcbur olacaq," - deyə o bildirib.

Audit Palatasının sədri həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına qoşulmasına çağıranlar ölkənin maraqlarına qarşı çıxırlar, çünki Ermənistanın iqtisadiyyatı orada rəqabətədavamlı deyil. "Avropa İttifaqında Ermənistanı gözləyirlərmi? Xeyr," - deyə o yekunlaşdırıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin