Türkiyə XİN başçısı Misirə səfər edəcək

18:46 - 3 Avqust 2024

Türkiyə XİN başçısı Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq və regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, daha ötən Türkiyənin baş diplomatı Qətərdə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin dəfn mərasimində iştirak etmişdi.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin