Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
08:57 - 3 Avqust 2024
Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.
Meydanda başlayan dava bir neçə dəqiqə olub. Bundan sonra iki komanda arasında qarşıdurma tribuna otağında davam edib.
Davaya Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.
Qeyd edək ki, Bordo şəhərində keçirilən görüş 1:0 hesabı ilə Fransanın xeyrinə başa çatıb. Yeganə qolu matçın 5-ci dəqiqəsində Jan-Filip Mateta vurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin