Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
12:22 - 31 Oktyabr 2021
İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub.
Manşet. az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.
Nəticədə televiziyanın operatoru yeddi güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.
İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib.
Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin