COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
09:58 - 25 İyun 2021
Nazirlər Kabineti könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydalarını təsdiq edib.
Manset.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərarla tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ləğv edilib.
Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları
Könüllü tibbi sığorta şəhadətnaməsi – sığortaolunana yaşayış yerindən asılı olmayaraq, Azərbaycanın bütün ərazisində, habelə Azərbaycanla tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.
Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Azərbaycan ərazisində qüvvəyə minir.
Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir. İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığortaolunana şəhadətnamənin dublikatını verməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin