COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

10:42 - 2 Avqust 2024

COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb.

 

Manset.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. 

Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin