Bakıda gənc bıçaqlandı

09:13 - 2 Avqust 2024

Bakıda gənc bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki , Ramana qəsəbəsində 2000-ci il təvəllüdlü Qasımzada Dəmirxan Tofiq oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun və qarın nahiyəsindən 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. D.Qasımzadə əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin