Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17 Noyabr 2024
10:48 - 31 Oktyabr 2021
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin