Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
12:31 - 1 Avqust 2024
Oğuz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Zərərçəkmiş ona məxsus mobil telefonların yaşadığı ünvandan oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin