Qəza törətdi - 2 yaşlı oğlu öldü

09:51 - 1 Avqust 2024

Qəza törətdi - 2 yaşlı oğlu öldü

Ağsu rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin