Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
22 Dekabr 2024
13:19 - 31 İyul 2024
Bu gün Tehranda raket zərbəsi nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə şəxsi həyatı ilə də gündəmə gəlib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Haniyə 1963-cü ildə Qəzza zolağında fələstinlilərin yaşadığı əl-Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ildə Qəzza İslam Universitetini bitirib.
O, 1989-cu ildə Birinci İntifadada iştirak etdiyi və HƏMAS üzvü olduğu səbəbilə həbs edilib. 1992-ci ildə azad edildikdən sonra Livana deportasiya edilib. Növbəti il isə Qəzzaya qayıdaraq İslam Universitetinin dekanı vəzifəsinə təyin olunub.
2006-cı ilin fevralında Fələstin Prezidenti Mahmud Abbas tərəfindən baş nazir təyin edilib. 2007-ci ilin iyununda isə bu postdan azad edilib.
Haniyə 2006-cı ilin oktyabrında Qəzzada öz kortejinə hücumdan və 2007-ci ilin mayında evinə raket hücumundan sağ çıxıb.
O, 2017-ci ildən HƏMAS hərəkatının Siyasi Bürosuna rəhbərlik edir.
ABŞ Dövlət Departamenti onu 2018-ci ildə terrorçu elan edib.
İsmayıl Haniyə son illər Qətərdə mühacirətdə yaşayırdı.
13 övladı olan 61 yaşlı HƏMAS liderinin Hazem, Əmir və Məhəmməd adlı üç oğlu və üç nəvəsi bu ilin aprelində Qəzza zolağındakı Şati qaçqın düşərgəsinə hava hücumu nəticəsində həlak olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin