Bakıda 2 avtobus toqquşdu - Yaralılar var

17:26 - 30 İyul 2024

Bakıda 2 avtobus toqquşdu - Yaralılar var

Bakı şəhəri metronun “Ulduz” stansiyası yaxınlığında 36 və 38 saylı müntəzəm marşrut xətləri üzrə hərəkət edən iki avtobus toqquşub.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub:

“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər qadın müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin