İtaliyada "qırmızı həyəcan" elan edildi

16:06 - 30 İyul 2024

İtaliyada

İtaliyanın 13 şəhərində həddindən artıq istilərlə əlaqədar "qırmızı həyəcan" elan olunub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İtaliyanın Səhiyyə Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, qarşıdakı günlərdə yüksək hərarətin təsirinin artacağı gözlənilir. 

Açıqlamada qırmızı həyəcan vəziyyətində olan şəhərlərin paytaxt Roma ilə yanaşı, Bolonya, Bolzano, Brescia, Florensiya, Frozinone, Latina, Milan, Palermo, Perugia, Rieti, Turin və Neapol olduğu qeyd edilib.

 

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin