Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
10:10 - 30 İyul 2024
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Manset.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da cavab matçına çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək. Matç saat 20:00-da başlanacaq. Bu komandaların ilk qarşılaşması Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, mərhələ adlayacaq tərəf III təsnifat mərhələsində “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu iki cütün məğlubları isə Avropa Liqasında münasibətlərinə aydınlıq gətirəcəklər.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq”)
Baş hakim: Yakob Sandberq (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin