Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurdu

10:25 - 30 İyul 2024

Bakıda 17 yaşlı gənci elektrik cərəyanı vurdu

Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.

 

Manset.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.

TƏBİB-dən verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin