Muxtar Babayev Yaponiya səfiri ilə COP29-u müzakirə etdi

21:32 - 29 İyul 2024

Muxtar Babayev Yaponiya səfiri ilə COP29-u müzakirə etdi

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Manset.az xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin