Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
17:48 - 30 Oktyabr 2021
Müğənni Bülənt Ərsoyun PCR testi saxta çıxdığı üçün polis tərəfindən saxlanılan komandası sərbəst buraxılıb.
Manşet.az axsam.az-a istinadən xəbər verir ki, azadlığa çıxan musiqiçilər təyyarə ilə İstanbula gəliblər. Onları ailələri və media nümayəndələri qarşılayıb. Musiqiçilər sualları cavablandırarkən yenə də Bülənti günahlandırıblar.
Ərsoy bir proqrama telefonla zəng edərək "Bu təhqirləri unudacağımı düşünürlər?" sözlərini deyib və onlardan bunun hesabını soruşacağını söyləyib:
"Mənim mədəm bunları həzm etməz. Məni qaraladılar və bu işin içinə çəkmək istədilər. Burada media da günahkardır. Siz məsələyə Bülənt Ərsoyu niyə qarışdırırsınız? Bülənt sənətkardır. Sizin kimi o da işini görən bir insandır. Mən testimi verdim və 2 gün əvvəl ora getdim. Mənim elə yalan, fırıldaq şeylərlə işim olmaz".
İfaçı orkestranın üzvlərinə 100 min lirə ödədiyini deyib. İfaçı bildirib ki, hətta musiqiçilərdən birinin övladının dünyaya gəlməsinə kömək edib. Uşağa Bülənt adı veriləndə isə Ərsoy buna etirazını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin