4 dollara zibillikdən alındı - Auksionda 88 min dollara satdılar

09:23 - 25 İyun 2021

4 dollara zibillikdən alındı - Auksionda 88 min dollara satdılar

Məşhur ingilis bəstəkarı və rok müğənni, mərhum David Bovie-nin (1947-2016) çəkdiyi rəsm əsəri rekord qiymətə satılıb.

Manset.az xəbər verir ki, bu həftə keçirilən sənət əsərlərinin auksionunda Bovienin kətan üzərində çəkdiyi şəkil də satışa çıxarılıb.

Həm də həvəskar rəssam olan David Bovie 1995-1997-ci illərdə kətan üzərində müxtəlif rəsmlər çəkib. Onlardan birini naməlum bir şəxs ötən ilin yayında Kanadanın Toronto şəhəri yaxınlığındakı zibilxanada təsadüfən taparaq, 4 dollara alıb. Daha sonra rəsmin arxasında Bovie-nin imzası və şəklin çəkilmə tarixini görən şəxs onu kolleksiyaçılara təqdim edib.

Cowley Abbot şirkətinin təşkil etdiyi auksionda rəsm əsərinə 9 min dollar qiymət qoyulsa da, sonda məşhur musiqiçinin əl işi rekord qiymətə - 88 min dollara satılıb.(marja.az)


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin