Lənkəranda intensiv yağışlar nəticəsində həyətyanı sahələri su basıb

17:24 - 28 İyul 2024

Lənkəranda intensiv yağışlar nəticəsində həyətyanı sahələri su basıb

Lənkəranda intensiv yağan yağışdan sonra Lənkərançay daşıb, həyətləri su basıb.

 

Manset.az xəbər verir ki, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin