Türkiyəli idmançıdan tarixi nəticə - “Paris-2024”

19:07 - 27 İyul 2024

Türkiyəli idmançıdan tarixi nəticə - “Paris-2024”

Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

 

Manset.az xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.

Qeyd edək ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin