Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
15:18 - 30 Oktyabr 2021
Sentyabrın sonlarından bəri ilk dəfə dünyada bir həftədə aşkarlanan koronavirusa yoluxma hallarının sayı 3 milyonu ötüb.
Manşet.az TASS-a istinadən xəbər verir ki, koronavirusdan ölüm halları da artıb: əvvəlki iki həftədə planetdə 50 mindən çox ölüm qeydə alınmamışdısa, son yeddi gündə say 53 mini ölüb.
Koronavirusa yoluxmada lider ölkə hələ də ABŞ-dır, hərçənd orada son həftədə yoluxma sayı, demək olar, 10% azalıb. İndi ölkədə gündəlik, təxminən, 70 min yoluxma halı qeydə alınır (sentyabrın əvvəlində bu rəqəm 190 mindən çox idi).
İkinci yerdə gündə, təqribən, 42 min yoluxma ilə Böyük Britaniya qərarlaşıb. Oktyabrın ortalarından bəri hər gün 30 mindən çox yoluxmanın təsdiqləndiyi Rusiya 3-cü yeri tutur. Şimal qonşumuzda son günlər bu hədd 40 mini də keçir.
İnfeksiyanın yayılma sürəti bütün Avropada artır. Ukrayna (gündə 26 mindən çox yoluxma), Rumıniya (təxminən 16 min), Bolqarıstan (6 min), Latviya (3,2 min) və Belarusda (2 min) yayılma tempi pik həddədir. Eləcə də İtaliya Almaniyada kəskin artımlar qeydə alınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin