Avropa İttifaqı 7 ölkədə büdcə kəsirini araşdırır

18:06 - 27 İyul 2024

Avropa İttifaqı 7 ölkədə büdcə kəsirini araşdırır

Avropa İttifaqı Şurası Avropa İttifaqının yeddi üzv ölkəsində həddindən artıq böyük büdcə kəsirinin mövcud olduğunu müəyyən edib və rəsmi araşdırma proseduruna başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə iyulun 26-da Şuranın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Həddindən artıq böyük büdcə kəsiri olan ölkələr arasında Belçika, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa və Slovakiya var. Onların hamısının büdcə kəsiri keçən il ÜDM-in 4 faizindən yuxarı idi, halbuki Aİ qaydalarına görə, onun maksimal icazə verilən dəyəri 3 faiz təşkil edir.

Bəyanatda deyilir ki, Belçikanın 2023-cü il üzrə büdcə kəsiri 4,4 faiz, Polşanın – 5,1 faiz, Fransanın – 5,5 faiz təşkil edib, İtaliyanın büdcə kəsiri isə ÜDM-in 7,4 faizinə çatıb.

İlin sonuna qədər Avropa Komissiyası onların kəsirlərinin təshih edilməsi üzrə effektiv tədbirlərin görülməsi üçün Aİ üzv dövlətlər üçün tövsiyələr siyahısı tərtib etməli olacaq.

“Tövsiyələr rəqəmlərlə ifadə olunan təshih edən maliyyə kursu və onların icrası üçün son tarixdən ibarət ola bilər”, - deyə Aİ Şurasının bəyanatında deyilir. Avropa Komissiyasının noyabr ayında tövsiyələr təqdim edəcəyi gözlənilir.

Cari ilin aprel ayında Avropa Parlamenti Avropa İttifaqının büdcə qaydalarının islahatını təsdiq edib, onların sayəsində yüksək borc səviyyəsi olan üzv dövlətlər borcların və büdcə kəsirinin azaldılmasında böyük çeviklik əldə edəcəklər.

Yeni qaydalarda ümumi borcun ÜDM-in 60 faizindən çox olmaması tələbi qalıb. Bundan əlavə, nəzərdə tutulur ki, xarici borcu 90 faizdən çox olan ölkələrdən onun nisbətini hər il 1 faiz bəndi, göstəricisi 60-90 faiz olan dövlətlərdən isə 0,5 faiz bəndi azaltmaq tələb ediləcək.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin