Ağadadaş Ağayevi döyən mühafizəçi ilə bağlı yeni detallar

17:12 - 27 İyul 2024

Ağadadaş Ağayevi döyən mühafizəçi ilə bağlı yeni detallar

Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "MedEra" hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov "Vətən-N" Mühafizə Xidmətinin əməkdaşı olub. Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək, qaydaları pozub.

O, üç aydır ki, "MedEra" hospitalında mühafizəni təşkil edirmiş.

Xatırladaq ki, iyulun 22-də xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman onların arasında mübahisə yaranıb, daha sonra isə dava baş verib.

Faktla bağlı cinayət işi başlayıb.


Xəbər xətti

8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin